26 C
Bakı
21 İyun 2025 17:31
İdman

Qurban Qurbanov hamının gözlədiyi qərarı verdi: son şans…

Son günlər aqressiv davranışları ilə gündəmə gələn “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin hərəkətləri birmənalı qarşılanmayıb.

 

Sportinfo.az yazır ki, onun davamlı hal alan aqressivliyi Qurban Qurbanovu da hiddətləndirib.

 

“Qarabağ”ın baş məşqçisi oyunçusuna sərt üzünü göstərib. Sayt yazır ki, təcrübəli mütəxəssisin bundan dolayı Elvini böyük miqdarda cərimələməsinə dair məlumat əldə edib.

 

Qurbanov Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o bu kimi neqativ davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir. Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək.

 

Xatırladaq ki, Cəfərquliyev “Qarabağ”ın Avroliqadakı son iki oyununda, həmçinin Azərbaycan millisinin axırıncı matçında hakimlərə qarşı aqressiv davranışları ilə yadda qalıb.

 

Bir çoxları Qurban Qurbanovun Elvinin bu hərəkətlərinə adekvat olaraq qərar verəcəyini gözləyirdi.

Tacxeber.com

Oxşar xəbərlər

Ölkə futboluÇak-çuk… Qriqorçuk…

admin

UEFA “Olimpiya” klubunun “Qarabağ”a qarşı şikayətini rədd etdi .

admin

“Qarabağ” “Frayburq”a qarşı – Yenilənir

admin