14 C
Bakı
26 Mart 2026 12:45
Dünya

Kreml Teleqramı qadağan edir? – Durova müraciət edildi

 

Rusiyanın Teleqramı əngəllənmək planı yoxdur, lakin Pavel Durov bu resursdan terrorçuların istifadə etməsinə daha çox diqqət yetirməlidir.

 

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Pavel Durovdan daha çox diqqət gözləyərdik. Çünki texnoloji nöqteyi-nəzərdən bizim nəslin gözü qarşısında yetişən bu unikal və fenomenal resurs getdikcə daha çox terrorçuların əlində alətə çevrilir, terror məqsədləri üçün istifadə olunur”, – o bildirib.

 

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktını həyata keçirən silahlılar “Xorasanın səsi” Teleqram kanalı vasitəsilə işə cəlb olunduqları məlum olub.

Tacxeber.com

Oxşar xəbərlər

Çarəsiz portuqaliyalı… Bu iş, sənlik deyil – “AFFA-nın komandası”na…

redaktor

Ordumuz helikopterlərlə “düşmən”i məhv etdi – Video

redaktor

Borreldən ŞOK İTTİHAM – HƏMAS-ı İsrail yaradıb, özü də maliyyələşdirir

admin