Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib.
Açıqlanan rəsmi məlumatlara istinadən bildiririk ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib.
Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektriklə işləyən mexaniki indikasiyalı qol saatları gətirilib. Bir ədəd belə saatın orta gömrük dəyəri 9 min 988 dollar (16 980 manat) olub. Bundan başqa İsveçrədən 4 ədəd qiymətli metaldan korpusu olan avtomatik qurulma ilə işləyən qol saatları gətirilib ki, bunların da bir ədədinin orta gömrük dəyəri 15 477 dollar (26 312 manat) olub.