28 C
Bakı
11 Avqust 2025 18:24
Dünya

Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır

Helsinki şəhəri Finlandiya paytaxtının ən böyük qapalı idman və konsert məkanı olan, əvvəllər “Hartwall Arena” kimi tanınan “Helsinki Hall”ın geri alınması prosesinə hazırlaşır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Nəşr yazır ki, martın 28-i səhər saatlarında aparıcı siyasətçilər mövcud vəziyyəti müzakirə etmək üçün şəhər şurasının növbədənkənar iclasına toplaşacaqlar.

 

Xəbərdə deyilir ki, yığıncaqda şəhər meriyası məkanın rus sahiblərinə onu satmalarına dair müraciət ediləcək.

 

Qəzet aydınlaşdırır ki, şəhər hakimiyyəti rus sahiblərinin kompleksi könüllü satacaqlarını gözləyirdi, lakin hazırda onlarda idman-konsert kompleksinin mümkün satışı və sövdələşmənin vaxtı barədə heç bir məlumat yoxdur.

 

Qeyd edək ki, Helsinkidəkn böyük qapalı idman və konsert kompleksi olan “Helsinki Hall” 2022-ci ildən Ukraynadakı işğalçı müharibəyə dəstək verdiklərinə görə kompleksin rus sahibləri olan Gennadi Timçenko və Rotenberg ailəsinə qarşı sanksiyaların tətbiqindən sonra fəaliyyətsiz qalıb.

Tacxeber.com

Oxşar xəbərlər

İrəvan Dövlət Universitetində tələbələrlə görüş zamanı millətçi tələbələr Nikol Paşinyanı qəzəbləndiriblər.

admin

Türkmənlər digər miqrantlar kimi niyə Rusiyaya getmir? – MARAQLI

admin

Kiyevdən Moskvaya böyük şok: Rusiya donanmasının qərargahı vurulub.

admin