2 C
Bakı
11 Fevral 2026 14:10
Şou

Şvartsenegger ürəyindən dördüncü dəfə əməliyyat olundu

76 yaşlı Hollivud ulduzu Arnold Şvartsenegger dördüncü dəfə ürəyindən əməliyyat olunub.

 

Tacxeber.com xəbər verir ki, bu haqda aktyor özü açıqlama verib. O, ürəyinə kardiostimulyator quraşdırıldığını bildirib. Zarafat edən sənətçi özünü “Arnold’s Pump Club”a bənzədib.

 

Arnold “Əvvəlki əməliyyatdan bəzi çapıq toxuması ürək döyüntüsünü nizamsız etdi” deyə, əlavə edib.

 

Bir neçə ildir ki, həkimlər aktyorun sağlamlığını ciddi şəkildə izləyirlər və sonda ürək stimulyatoru quraşdırmaq qərarına gəliblər. Bildirilib ki, Arnold özünü yaxşı hiss edir. O, ötən cümə günündən ayağa qalxıb.

 

Qeyd edək ki, aktyor üçüncü açıq ürək əməliyyatı zamanı həkimlərin səhvə yol verərək ürəyinin divarını deşdiklərini, az qala öləcəyini demişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Qadın nə qədər ağıllı olsa da kişi daha güclüdür” – Əkbər Əlizadə

redaktor

Elçin Cəlilovu narkoman edən Xalq artistinin adı açıqlandı

redaktor

Ferdi Tayfur böyrəyini ona verən oğluna mirasdan pay vermədi… – BUNA GÖRƏ

redaktor