12 C
Bakı
29 Mart 2026 21:44
Hadisə

Azərbaycanda müəllimin maaş kartından pul oğurlanıb – VİDEO

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.

 

Bərdə rayonu, Hacalı kənd sakini Ağgül Əhmədova “Xəzər Xəbər”ə deyib ki, əməkhaqqını almaq istəyərkən bank kartında pul olmadığını görüb.

 

Kənd məktəbində müəllim işləyən Ağgül Əhmədova bildirib ki, problemlə bağlı banka müraciət edib.

 

Ağgül Əhmədova hesab edir ki, onun pensiya kartına da müdaxilə etmək istəyiblər, ancaq bu alınmayıb. O, dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı “Xəzər Xəbər”ə bildirib ki, baş vermiş hadisə ilə bağlı Bərdə rayon polis şöbəsinə müraciət daxil olub. Hazırda faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.


Tacxeber.com

Oxşar xəbərlər

Sülh çağırışına görə 15 il həbs: Bəhruz Səmədov nümunəsi

admin

Əli Kərimli barəsində 2 ay yarım həbs qətimkan tədbiri seçildi

admin

Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ

redaktor