12 C
Bakı
28 Mart 2026 19:38
Cəmiyyət

Ağalarovlar terror qurbanlarına 100 milyon rubl göndərdi

“Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov və oğlu Emin Ağalarov “Crocus City Hall”da baş verən terror aktı zamanı zərərçəkənlərə yardım üçün 100 milyon rubl göndərib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

 

Bildirilib ki, vəsait xəsarət alanların ailələrinə müalicə, bərpa, reabilitasiya və digər ehtiyaclarını ödəmək üçün yönəldilib.

 

Şirkət həmçinin bildirib ki, Müslüm Maqomayev Fondu həlak olanların ailələrinə təcili və uzunmüddətli yardım üçün vəsait toplamağa başlayıb.

 

Yaxın vaxtlarda ianə toplanışında iştirak etmək istəyənlərin müraciətlərinə baxılması üçün “Çağrı mərkəzi” fəaliyyətə başlayacaq və vəsaitin xərclənməsi ilə bağlı hesabatlar fondun internet saytında dərc olunacaq.

 

Qeyd olunub ki, artıq bir çox sənət adamları, Ağalarovlar ailəsinin dostları və şirkətin biznes tərəfdaşları öz töhfələrini verəcəklərini bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? – FOTOLAR

admin

Sabah hava bu insanlar üçün narahatlıq yaradacaq

redaktor

60 yaşdan sonra hansı analizlər vacibdir? – Geniş siyahı

redaktor