24 C
Bakı
26 Sentyabr 2025 16:16
Dünya

Ukrayna: Rusiya ordusuna güclü zərbə endirildi

24 saat ərzində Ukrayna ordusu rus işğalçıların mövqelərinə dəqiq zərbələr endirib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sosial şəbəkə hesabında bildirilib.

 

“Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində 2 idarəetmə məntəqəsinə və düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 8 əraziyə zərbələr endirib.

 

Eyni zamanda, Ukrayna raket qüvvələrinin bölmələri düşmənin 1 hava hücumundan müdafiə silahını, 1 artilleriya silahını və 1 döyüş sursat anbarını məhv edib.

 

Rus işğalçılar da öz növbəsində Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 4 raket və 52 hava zərbəsi endirib, çoxsaylı reaktiv raket sistemlərindən 43 hücum həyata keçirib”, – məlumatda vurğulanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Mirzoyan həyasızlığı və “işğal siyasəti”nə uğursuz cəhd

redaktor

Bakıda taksilər üçün minib-düşmə yerləri yaradıldı

redaktor

Türkiyədə qəribə olay: Keçi avtovağzalda kassaya girib pulları apardı.

redaktor