İdmanMüsahibə

“Qarabağ” kimi komandanı necə qurublar, çox maraqlıdır”

“Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar”ı çalışdıran Murad Musayev Azərbaycan çempionatı haqda danışıb.

 

O, “Komment.Şou” “Yutub” kanalına müsahibəsində “Qarabağ”ı xüsusi fərqləndirib:

“Azərbaycan çempionatında maraqlı olan nədir? Çünki orda “Qarabağ” oynayır. Düşünürəm ki, hamı ona baxmalıdır. O, minimal imkanlarla güclü Avropa futbolundakı ciddi hadisədir. Məsələn, “Qarabağ” “Braqa”nı məğlub etdi. İkinci matçda 10 futbolçu ilə qalmalarına və əlavə vaxta baxmayaraq, demək olar ki, üç hissədə Portuqaliya Liqa Kubokunu qazanan “Braqa”dan üstün oldular. Və belə bir komanda qurmağı necə bacardılar, çox maraqlıdır.

Böyük sovet ənənələri olan “Neftçi” klubu var. Bir sıra maraqlı komandaları qeyd edə bilərəm. “Sabah da çox maraqlı komandadır”. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

İngiltərə-İran oyununda qadın azarkeş bu hərəkəti ilə gündəm oldu – FOTO

admin

ABŞ-ın vitse-prezidenti: Tramp Putini Zelenski ilə danışmağa “məcbur etməlidir”

admin

Kəndlər belə azad olunacaq: Antiterror əməliyyatı iki məsələni həll edəcək… – Vacib həmlə

admin