Dünyada doğum nisbətləri azalmağa davam edir.
Bu barədə beynəlxalq alimlər qrupunun “MedicalXpress”də dərc olunan araşdırmalarında bildirilir.
Məlumatda deyilir ki, dünya ölkələrinin yarısında doğum nisbətləri artıq çox aşağıdır.
Proqnozlara görə, 2050-ci ilə qədər ölkələrin 75%-nin əhalisi azalacaq. Əsrin sonunda bu, ölkələrin 97%-i üçün keçərli olacaq. 2100-cü ildə ancaq Samoa, Somali, Tonqa, Niger, Çad və Tacikistanda kifayət qədər doğum səviyyəsinin olacağı gözlənilir.