19 C
Bakı
26 Sentyabr 2025 20:48
Hadisə

Biləcəridə bədbəxt hadisə: Liftə minmək istədi, canından oldu – Video

Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində bədbəxt hadisə baş verib.

 

Belə ki, martın 26-sı səhər saatlarında liftdə köməksiz qalan 44 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

 

Mərhumun qonşusunun sözlərinə görə, qadın yuxarı qalxmaq istəyəndə qapı bağlanmamış lift hərəkət edib. Nəticədə o, liftin arasında qalıb:

 

“Bizim lift üç-dörd gündür bu vəziyyətdədir. Əvvəllər də bu cür hadisələr yaşanıb. Çağırırıq, gəlib düzəltmirlər”.

 

Mərhumun qohumu bildirib ki, anasını xilas etmək istəyəndə oğlu da xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

 

Ətraflı Baku TV-nin süjetində:

Tacxeber.com

Oxşar xəbərlər

Sürücünü beysbol dəyənəkləri ilə döyənlər həbs edildi – FOTO

admin

Qazi maşınla adam vurub öldürdü

redaktor

Fövqəladə hallar nazirinin müavini vəfat etdi

redaktor