16 C
Bakı
27 Sentyabr 2025 22:10
İdman

Azərbaycan yığması Çerçesova tapşırılacaq? – AFFA-dan REAKSİYA

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat katibi Elnur Məmmədli Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesovun milli komandaya baş məşqçi təyin oluna biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

 

Bu barədə o, “Sport24”ə açıqlamasında danışıb.

 

E.Məmmədlinin sözlərinə görə, millinin yeni baş məşqçisi ilə bağlı qərar Federasiyanın işçi qrupunun iclasından sonra müzakirə olunacaq.

 

“Hazırda nə Stanislav Çerçesov, nə də başqası ilə danışıqlar aparmırıq. Rəsmi olaraq Azərbaycan millisinin baş məşqçi postu heç bir mütəxəssisə təklif olunmayıb”, – deyə mətbuat katibi vurğulayıb.

 

Bundan əvvəl Rusiya millisinin və Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Hacı Hacıyev S.Çerçesovun Azərbaycan yığmasına gələ biləcəyini demişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Kəpəz” “Neftçi”ni 4 qol vuraraq məğlub etdi – Azər Bağırovun Gəncə klubunda ilk qələbəsi

admin

Erməni boksçu idmançımızla döyüşə çıxmadı

redaktor

Son futbol xəbərləri

admin