DünyaGündəm

Rusiyada elektrik stansiyasında yanğın – Dronlarla hücuma məruz qaldığı iddia edilir

Rusiyanın Rostov vilayətinin ən böyük istilik elektrik stansiyası olan Novocherkassk Dövlət Rayon Elektrik Stansiyasında martın yanğın baş verib.

Tacxeber.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev məlumat yayıb.

Onun sözlərinə görə, stansiya işçiləri yanğını tez bir zamanda söndürüblər. Ölən və yaralananlar olmayıb.

Rayon rəhbəri qeyd edib ki, yanğının başvermə səbəbləri araşdırılır:
“Yanğın səbəbindən 330 kV-luq yüksək gərginlikli xətlər – Tixoretskaya və Rostovskaya avtomatik olaraq söndürülüb. Hazırda istehlakçıların enerji təchizatı bərpa olunub. Dövlət Rayon Elektrik Stansiyasının iki enerji bloku müvəqqəti olaraq istismardan çıxarılıb”.

“Baza” teleqram kanalının verdiyi qeyri-rəsmi məlumata görə, elektrik stansiyasına bir neçə pilotsuz uçuş aparatı tərəfindən hücum edilib. Hücum səhər saat 2:30 radələrində başlayıb. Digər mənbələr bunu təsdiqləməyib.

“Novocherkassk Today” teleqram kanalı gecə saatlarında Dövlət Rayon Elektrik Stansiyasının ərazisində təxminən 17-20 partlayış səsinin eşidildiyini, bəziləri səmada işıqla müşayiət olunduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri martın 25-nə keçən gecə Rostov vilayəti ərazisi üzərində Ukraynaya məxsus 11 pilotsuz uçan aparatın qarşısını alıb.

Tacxeber.com

Oxşar xəbərlər

Gələn ay müharibə olacaq, 6 gün ərzində… – Erməniləri qorxuya salan xəbər

admin

Paşinyan dəhlizlə bağlı alternativ təklifləri rədd etmir.

admin

Fələstini tanımaq planı ilə razı deyiləm – Tramp

redaktor