25 C
Bakı
11 Avqust 2025 00:15
Dünya

Evində “Yaşasın Putin”, “Makron fırıldaqçıdır” şüarları aşkarlanan fransalı saxlanıldı

Emmanuel Makronun Ukraynada davam edən müharibəyə hərbçi göndərmək barədə açıqlamasına və onun ölkə daxilində yürütdüyü siyasətə etiraz etmək istəyən Fransa vətəndaşı saxlanılıb.

 

Tacxeber.comxəbər verir ki, polisə onun aksiyaya hazırlaşması barədə məlumatı etirazçının kirayədə qaldığı evin sahibi verib.

 

Evdə axtarış aparan polislər “Yaşasın Putin”, “Makron fırıldaqçıdır”, “Makron burnunu kokainlə pudralayan dəli psixopatdır, bizi müharibəyə aparmaq istəyir” yazılmış plakatları aşkar ediblər.

 

51 yaşlı şübhəli polis tərəfindən saxlanılıb. O, aksiyaya hazırlaşdığını etiraf edib.

 

Həmin şəxs qanunsuz aksiya keçirmək niyyətində olduğuna görə pul cəriməsi ödəyəcək.

 

Mənbə: Lemediaen442.fr

Tacxeber.com

Oxşar xəbərlər

Sankt-Peterburq məmurları süni intellektlə seçiləcək

redaktor

Fəridi həbs edən İranın riyakarlığı: “Biz azərbaycanlılara qucaq açırıq”

redaktor

O, 72 il idi ki, “dəmir ağciyər” deyilən aparatda yaşayırdı. Bauna baxmayaraq o, orta və ali təhsil aldı, hətta hüquqçu kimi fəaliyyət göstərirdi.

admin