26 C
Bakı
10 Avqust 2025 09:36
Gündəm

İnsanları xilas edən 15 yaşlı İslamın qəhrəmanlığı – Rusiya mediası ondan yazdı (VİDEO)

“Başqalarının ölməsinə icazə verməkdənsə, döyüşdə ölmək yaxşıdır”.

 

Tacxeber.com xəbər verir ki, yerli “Mash” saytı onun sözlərindən sitat gətirir. Qeyd edilir ki, “Crocus City Hall”un qarderobunda yarımştat işləyən adi məktəbli terror aktı zamanı 100-dən çox insanı binadan çıxarıb.

 

O deyib ki, sadəcə öz işini görüb.

 

Bildirilir ki, 15 yaşlı qəhrəmanın adı İslamdır. Onun sözlərinə görə, fövqəladə hallar zamanı bütün inzibatçılara göstərişlər verilib və o, yalnız göstərişlərə ciddi əməl edib. Hücum və ondan sonrakı yanğın zamanı İslam insanları müşayiət edib. Kütlənin tualetə doğru çıxılmaz vəziyyətə düşdüyünü görən yeniyetmə təşəbbüsü ələ alıb və evakuasiyaya rəhbərlik etməyə başlayıb. O, insanları dar keçiddən “Expo” ərazisinə, daha sonra inzibati binadan keçərək küçəyə – təhlükəsizliyə apara bilib.

 

“Boş vaxtlarında qarderobda “part-time” işləyir və “Spartak”ın uşaq komandasında futbol oynayır”, – mətbu orqan yazıb.

 

Onun bu addımı digər yerli mediada da dərc edilib.

 

 

Oxşar xəbərlər

Kəramət Böyükçöllə Natiq Cəfərli arasında QALMAQAL – “Kaş ki, elə içki xəstəsi kimi qalardın, layk “narkomanı

redaktor

Təqsirləndirilən jurnalistlərə qarşı bir dənə də olsa ifadə, maddi sübut, qanuni sənəd yoxdur

redaktor

Vasif Talıbovun mandatı ləğv olunur? – “Ona hələ heç bir söz deyilməyib”

redaktor