20 C
Bakı
23 İyun 2025 06:42
Maraqlı

49 yaşlı Qənirə Paşayeva haqda maraqlı məlumatlar – Firuzə adlı…

Bu gün mərhum deputat Qənirə Paşayevanın doğum günüdür. O, 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

 

Tacxeber.com bildirir ki, Qənirə Paşayeva Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi.

 

Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar 2023-cü ilin sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdü.

 

28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib.

 

29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Subay idi. Firuzə adlı mənəvi qızı var idi.

Allah rəhmət eləsin!

Tacxeber.com

Oxşar xəbərlər

YENİLİK: Çay göbələyindən geyim hazırlanır

redaktor

Tarixin ən qeyri-adi və darıxdırıcı günü – Bu, nə vaxt olub?

redaktor

“Onlar hamını izləyirlər”: Yadplanetlilərin yerdəki gizli şəhəri haqqında HƏQİQƏTLƏR

admin