29 C
Bakı
11 Avqust 2025 14:50
Dünya

Terrorçunu zərərsizləşdirən mülki şəxs: “Üzündəki dəhşəti gördüm!”

Moskvada, “Crocus City Hall”da hücumu həyata keçirənlərdən birini yalın əlləri ilə zərərsizləşdirən şəxs konsert zalında baş verənlərdən danışıb.

 

Tacxeber.com oxu.az-a istinadla xəbər verir ki, o, hadisə vaxtı “Crocus City Hall”da arvadı ilə birgə olub.

 

“Mən arvadıma baxdım və onun gözlərindəki dəhşəti gördüm. Başa düşdüm ki, nəsə etməliyəm. Bu zaman bizə yaxınlaşan terrorçu silahını yenidən doldurmağa başladı”, – deyə hadisənin şahidi nəql edib.

 

O qeyd edib ki, düşünməyə bir neçə saniyəsi olub:

 

“Arvadımı itələdim və terrorçuya yaxınlaşdım, əlimlə avtomatı tutub aşağı çəkdim və sağ əlimlə onun başına vurmağa başladım. O, aşağı enməyə başladı. Sol əlimlə onun boynundan tutdum, eyni zamanda vurmağa davam etdim. Bu anda başqa bir iri bədənli kişi mənə tərəf qaçdı və o da terrorçuya güclü zərbə endirdi. Və biz onu nokaut etdik”.

Tacxeber.com

Oxşar xəbərlər

“İsrail HƏMAS-ı yarıya qədər zərərsizləşdirib, dayandırmaq niyyətində deyilik”

redaktor

Tramp yenidən İranı hədələdi: Lazım gələrsə yenə vuracağıq

redaktor

Zelenski Vatikanda Venslə görüşdü: mübahisədən sonra ilk dəfə… – Fotolar

redaktor