Dünya

Putin: Terrorçulara Ukrayna sərhədində “qapı” hazırlanmışdı

Rusiya Prezidenti Vladimir Putin dünən Moskvada “Krokus Siti Holl”da törədilən terror aktı zamanı yaxınları həlak olan hər kəsə başsağlığı verib və zərərçəkənlərə kömək edən hər kəsə təşəkkür edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Putin xalqa müraciətində bildirib.

 

Ölkə prezidenti əsas məsələnin “Krokus” terrorunun arxasında duranların yeni cinayətlər törətməsinin qarşısını almaq olduğunu, Moskvada və digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edildiyini vurğulayıb. Prezident terror aktını törədən dörd nəfərin hamısı saxlanıldığını, onların Ukraynaya tərəf qaçmağa cəhd etdiklərini bildirib.

 

O, eyni zamanda Ukrayna tərəfində, ilkin məlumatlara görə, terrorçuların sərhədi keçməsi üçün “qapı” hazırlandığını deyib. Putin “Krokus”da terror aktının təşkilatçılarının nasistlər kimi, şou-edam və qanlı hədə-qorxu aktı hazırladıqlarını deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan və məmurları müharibəyə görə istintaqa cəlb olundu

redaktor

Tramp: Ukraynanın Rusiyaya hücum etmədən qalib gəlmək şansı yoxdur

redaktor

Ölkələrin bayraqları haqqında maraqlı məlumatlar

admin