14 C
Bakı
27 Sentyabr 2025 12:37
Hadisə

“Krokus siti holl”da konsert verməli olan məşhur qrupun üzvlərindən biri itkin düşüb

Cümə günü “Crocus City Hall”da konserti baş tutmalı olan “Piknik” qrupunun üzvlərindən biri itkin düşüb.

 

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə qrupun konsert direktoru Yuri Çernışevski məlumat verib.

 

“Biz üzvlərdən biri ilə əlaqə saxlaya bilmirik, onun “Crocus”u tərk edib-etmədiyini bilmirik”, – deyə o, qeyd edib.

 

Ancaq Çernışevski komandanın hansı üzvü haqqında danışdığını dəqiqləşdirməyib.

 

Qeyd edək ki, “Piknik”in konserti 22 mart saat 20:00-da “Crocus City Hallda” baş tutmalı idi. Konsertdən bir neçə dəqiqə əvvəl, kamuflyajlı bir neçə silahlı şəxs binaya girərək atəş açmağa başlayıb və partlayış törədib.

 

Yuri Çernışevskinin sözlərinə görə, atışma başlayanda musiqiçilər qrim otağında olublar, sonra onlar oradan təxliyə olunublar.

 

Qeyd edək ki, son məlumatlara görə, terrorda ölənlərin sayı 70 nəfərə çatıb, azı 147 nəfər isə yaralanıb. Eyni zamanda, binanın bütün otaqları hələ də yoxlanılmayıb. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimal edilir.

Tacxeber.com

Oxşar xəbərlər

Rəşad Dağlı qətl törədib

redaktor

Kanadada sürücü avtomobili izdihamın üzərinə sürdü.

admin

Ukrayna cəbhəsində dönüş yarada biləcək addım

admin