24 C
Bakı
12 Avqust 2025 00:42
Dünya

ABŞ Moskvadakı terroru əvvəlcədən bilirmiş? – ŞOK DETALLAR

Bu gün axşam saatlarında Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma, ardınca güclü partlayış olub.

 

Yerli kanallar bildirir ki, hadisə nəticəsində 40-dan çox şəxs həlak olub, 100-dən çox yaralı var.

 

Məlumata görə, Ağ Ev hadisə ilə əlaqədar Rusiyaya başsağlığı verib.

 

Rəsmi Moskva isə silahlı insidentin terror aktı olduğunu açıqlayıb.

 

Moskvadakı bu hadisə bir neçə həftə əvvəl ABŞ-ın Rusiyada terror aktı ola biləcəyi barədə xəbərdarlıqları diqqət mərkəzinə gətirib.

 

Belə ki, ABŞ-ın Rusiyadakı səfirliyi martın əvvəlində “ekstremistlərin” Moskvada qaçılmaz hücum planları olduğuna dair xəbərdarlıq edib.

 

Səfirlik insanları konsertlərdən və izdihamdan qaçmağa çağırıb, ətraf ərazilərdən xəbərdar olmağa səsləyib.

 

İngiltərə, Kanada, Cənubi Koreya və Latviya kimi ölkələr də ABŞ-ın xəbərdarlığını təkrarlayıblar və öz vətəndaşlarına Rusiyaya getməmələrini söyləyiblər.

 

Bundan əlavə, ABŞ Rusiya üçün ən yüksək xəbərdarlıq səviyyəsini tətbiq edib. Rusiya bu siyahıda Əfqanıstan, Suriya, Yəmən və Cənubi Sudan və İranla eyni səviyyədə yer alıb.

Tacxeber.com

Oxşar xəbərlər

Alimlər: Çəyirtkələrin hücumları dünya ərzaq təhlükəsizliyini təhdid edir

redaktor

Ərdoğan: Qərb təxribatlarla məşğul olub və Ukraynada vasitəçilik etməyib

redaktor

Rusiya ordusu öz ərazisinə bomba atdı

redaktor