24 C
Bakı
23 İyun 2025 12:53
DünyaGündəmHadisə

Röyanın konsertindən əvvəl dəhşət yaşandı: 12 ölü, 35 yaralı var – Video

Moskva yaxınlığında yerləşən “Crocus City Hall” konsert zalında atışma olub.

 

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, zalda atışma səsi eşidilib, bundan sonra insanlar oranı tərk etməyə başlayıblar.

“RİA Novosti” bildirib ki, kamuflyaj geyinmiş üç naməlum şəxs insanlara atəş açıb.

“Baza” teleqram kanalının yaydığı məlumata əsasən, hadisə zamanı 12 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Bundan sonra Xalq artisti Röya Ayxanın “Crocus City Hall”dakı konserti təxirə salınıb.

Qeyd edək ki, “Crocus City Hall” azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

Şəhidin qardaşının təkzib videosunu kim çəkib? – “Utancverici bir təkzibdir”

admin

Sənədsiz evlər düyünü çözülür? – Azərbaycanda böyük “əmlak amnistiyası” gözlənilir

admin

Tramp Maskın bəzi qərarlarını ləğv edə bilər

redaktor