17 C
Bakı
31 Mart 2026 15:15
Hadisə

Nüsretin restoranına silahlı hücum olub

 

Dünyaca məşhur restoranlar şəbəkəsinin sahibi, türkiyəli Nüsret Gökçenin restoranına silahlı hücum olub.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Beşiktaş səmtində yerləşən restorana doğru atəş açılıb. Motosikletlə gələn iki nəfər məkana silahlı hücum edib və qaçıb.

 

Hücumda ölən və yaralanan olmayıb.

 

Hadisə yerində aparılan araşdırma nəticəsində ərazidən 11 ədəd boş patron aşkar edilib. İş yerinə zərərin dəydiyi məlum olub.

 

Hadisə ilə bağlı araşdırma aparılır, təhlükəsizlik kameralarının qeydləri nəzərdən keçirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Kütləvi etirazların baiskarı həbsxanada bıçaqlandı – FOTO

admin

Qazaxıstanda şaxtada partlayış: Ölən və yaralananlar var

admin

Messinin heykəli növbəti dəfə dağıdıldı

admin