24 C
Bakı
26 Sentyabr 2025 17:47
DünyaSiyasət

Paris Ukraynada İKİ CƏBHƏ AÇIR? – Fransız əsgərlər bu ərazilərə yerləşdiriləcək.

Fransa Silahlı Qüvvələrinin istefada olan polkovniki Vincent Arbaretier hesab edir ki, Ukraynaya göndərilə biləcək fransız əsgərləri Dnepr boyunca və ya Kiyev ətrafında yerləşdiriləcək .

 

O,  bu barədə LCI telekanalının efirində bildirib.

“İki variant mümkündür: Dnepr boyunca və Kiyev ətrafında. Onları qarışdırmaq olar ki, ruslar daha da irəli gedə bilməsinlər, əks halda atəşimizin altına düşmək riski var”, – Arbaretier bildirib.

O, iddia edir ki, fransız əsgərlərinin Ukraynada yerləşdirilməsi Rusiyaya qarşı təxribata çevrilməyəcək, lakin Moskvanı danışıqlara məcbur etməlidir.

 

Arbaretierin fikrincə, beləliklə, Fransa nüvə dövləti kimi “Avropanın qorunmasında öz rolunu” yerinə yetirəcək.

“YouTube” kanalında yayımlanan süjetə şərhlərdə izləyicilərin əksəriyyəti Fransa qoşunlarının Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməsi ideyasının qəti əleyhinədir. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada sülh üçün atəşkəs vacibdir – Kelloq

redaktor

İran İsrailin xeyrinə casusluqda ittiham olunan dörd nəfəri EDAM ETDİ

redaktor

Vasif Talıbov YAP-dan çıxarılır?

redaktor