16 C
Bakı
26 Sentyabr 2025 22:46
Planet

Günəşdə iki güclü partlayış baş verdi

Günəşdə iki yüksəkdərəcəli partlayış qeydə alınıb.

 

Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.

 

“Martın 20-də Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə 03:27-də) rentgen diapazonunda 15 dəqiqə davam edən M2.1 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 10:36-da isə rentgen diapazonunda 24 dəqiqə davam edən M7.4 partlayışı müşahidə olunub. Partlayış qısa radiodalğalarda kəsilmələrlə müşayiət olunub”, – deyə məlumatda bildirilib.

 

İkinci partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi, kosmik hava məlumatlarına əsasən, beşlik şkala üzrə R2 (orta) səviyyəsinə yüksəlib ki, burada ən yüksək göstərici R5-dir (ekstremal).

 

Günəşdə partlayışlar bir qayda olaraq Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, bu da Yerdə maqnit qasırğalarına səbəb ola bilir.

Tacxeber.com

Oxşar xəbərlər

Meyitin parçalanması və xoşagəlməz qoxuların əmələ gəlməməsi üçün ……

admin

Astroloqdan proqnoz: 2022-ci ilin ən ağır günləri…

redaktor

Günəşdə son 7 ilin ən güclü alışması olub

redaktor