DünyaSiyasət

Türk şirkətləri NATO-nun Avropadakı ən böyük bazasını tikəcək – KİV

Türk şirkətləri Avropanın ən böyük NATO hərbi bazasının Rumıniyada inşasında iştirak edəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.

Bildirilir ki, tərəflər hazırda danışıqlar aparır:

“NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir”.

Qeyd edilir ki, türkiyəli iş adamları son vaxtlar Rumıniyaya tez-tez səfər edirlər.

Nəşrin məlumatına görə, Ankara yeni bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement tədarük edəcək.

Xatırladaq ki, NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir. Nəhəng hərbi kompleksin sahəsi 2,8 min hektar olacaq və yeni obyektləri əhatə edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

“Bayraqsız və himnsiz alçaldıcı vəziyyət bizim üçün yolverilməzdir” – İrina Viner

admin

Şimali Koreya və Çin 2024-cü ili “dostluq ili” elan etdilər

redaktor

Paris Ukraynada İKİ CƏBHƏ AÇIR? – Fransız əsgərlər bu ərazilərə yerləşdiriləcək.

admin