15 C
Bakı
24 Mart 2026 14:59
DünyaSiyasət

Səkkiz il sonra ilk: Obama geri dönür?

ABŞ-nin keçmiş prezidenti Barak Obama Böyük Britaniya baş nazirinin Londonun “Dauninq” küçəsindəki iqamətgahında görüntülənib.

 

Eks-prezident sonuncu dəfə 8 il əvvəl “Dauninq”də olub.

Obama 8 il əvvəl Breksitdən əvvəl Britaniyanın o zamankı baş naziri Devid Kemeronla görüşmüşdü. O, bu dəfə Britaniyanın hazırkı Baş naziri Rişi Sunakla qeyri-rəsmi görüş keçirib.

Britaniya mətbuatı Obamanın səfəri ilə bağlı hər şeyin çox gizli olduğunu və ABŞ-nin keçmiş prezidentinin indiyədək Sunakla tanış olmadığını yazıb.

Ehtimala görə, Obama məqsədi “insanları dünyanı dəyişmək üçün ruhlandırmağa, gücləndirməyə və əlaqələndirməyə kömək etmək” olan Obama Fondu üzərində işləmək üçün Londona gəlib.

Barak Obamanın London səfəri onun Belçikanın kral ailəsi ilə görüşündən sonra baş tutub.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda süni UN BÖHRANI yaratmaqda kimlər maraqlıdır? – REAL VƏZİYYƏT

redaktor

Xarkovun bərpası üçün nəzərdə tutulan pul oğurlandı

redaktor

Myanmarda zəlzələ: 1000-dən çox ölü var

redaktor