12 C
Bakı
28 Mart 2026 03:27
Şou

“Müğənnini verilişə divan boş qalmasın deyə çağırırlar”

“Müğənnini verilişə divan boş qalmasın deyə çağırırlar. Bir də görürsən ki, 1 saatlıq efirə 5 müğənni dəvət ediblər. Allah ölənlərinə rəhmət eləsin, ikisini çağır, danışa bilsinlər, mahnı oxusunlar”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “Xəbərin var?” verilişində deyib. O, proqramlarda ifaçılara hörmətsizlik olunduğunu bildirib:

 

“Aparıcı rejissorla danışır, ona deyirlər ki, 3 dəqiqəlik vaxt qalıb. Müğənnidən soruşur ki, 3 dəqiqəlik mahnın var? Efirə belə müğənni çağırarlar? Çağırana qədər 50 dəfə xahiş edib. Reklamlar olur, sponsorlardan danışır. Sual verir, amma fikri səndə deyil. Cavab verirsən, “hə” deyir. Sonra da deyirlər ki, müğənnilər efirə çıxmır. Belə dəvət etsəniz, gəlməz də…”.

Tacxeber.com

Oxşar xəbərlər

Müğənninin konsertində qızlar dava etdilər – VİDEO

redaktor

Fədayənin sevgilisi olmuş “Qoca“ın videosu yayıldı

redaktor

Alla Puqaçovanın müsahibəsi haqqında

redaktor