29 C
Bakı
11 Avqust 2025 11:04
İdman

Futboldan ömürlük uzaqlaşdırıldılar – AFFA-dan sərt qərar

AFFA İntizam Komitəsi 1-ci Liqa təmsilçisi “İrəvan”ın iki futbolçusunu ömürlük futboldan uzaqlaşdırıb.

 

Tacxeber.comAFFA-nın saytına istinadən xəbər verir ki, bunlar Atlam Ege və Fəhmin Muradbəylidir.

 

Onlar danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

 

 

Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb. Bunlar I Liqanın “İrəvan” klubundan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.

 

II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tacxeber.com

Oxşar xəbərlər

“Qalatasaray” “Beşiktaş”a belə qalib gəldi – VİDEO

redaktor

“Yeni mövsümdə daha da güclənib inkişaf edəcəyik” – Qurban Qurbanov

redaktor

AFFA rəsmisi UEFA-dan təyinat aldı

redaktor