11 C
Bakı
29 Mart 2026 22:29
Cəmiyyətİdman

“Beşiktaş” Qurban Qurbanovla maraqlanır – KİV

Türkiyə Superliqasının nəhənglərindən “Beşiktaş”da ardıcıl pis nəticələrdən sonra Fernando Santosun mövqeyi sarsılır.

 

Bunu ölkədə fəaliyyət göstərən “Fotospor” idman nəşri yazıb.

Bildirilir ki, klubun baş məşqçiliyinə əsas namizəd isə Azərbaycan təmsilçisi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur.

İddiaya görə, “Beşiktaş”ın Futbol Direktoru Səməd Aybaba həftə ərzində Almaniyaya gedib. O, əvvəlcə “Dortmund”-PSV, sonra isə “Leverkuzen”-“Qarabağ” matçlarını izləyib.

Bildirilir ki, Aybaba “Qarabağ”ın bu mövsüm Bundesliqanı “alt-üst edən” “Leverkuzen”lə oyununa heyran qalıb. Onu heyran edən “Köhlən atlar”ın məşqçisi Qurban Qurbanovun oynatdığı sadə və dəqiq futbol olub.

Hələ ki, klublar və ya Qurban Qurbanovun özü məsələyə münasibət bildirməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Laser Beauty Clinic”in lisenziyası dayandırıldı

redaktor

Xaricdə təhsil üçün sənəd qəbuluna başlanılacaq

redaktor

Qadınlar niyə təbii doğuşdan qaçırlar? – TƏHLÜKƏLİ SEÇİM QEYSƏRİYYƏ

redaktor