25 C
Bakı
23 İyun 2025 16:21
Dünya

Tənha qocalar üçün robot “nəvələr” satılır

Almaniya startapı qocalar evləri üçün robot “nəvələr” istehsal etməyə başlayıb. Sınaq məqsədilə belə məhsullardan biri Şvabiyanın Albershauzen şəhərindən olan təqaüdçülərə verilib.

 

Qocalar evinin sakinləri “Emma”ya maşın kimi deyil, nəvələri kimi baxırlar.

 

70 santimetrlik robotlar Münhen startapı “Navel Robotics”ə məxsusdur.

 

“Emma” göz əlaqəsi qura və üz ifadəsi ilə qarşı tərəfin nə hiss etdiyini anlaya bilir”, – deyə şirkətin qurucusu Klod Tousen deyib.

 

İndi “Navel Robotics” robotları bir neçə qocalar evində sınaqdan keçirilir. Bir çox yaşlı insanlar üçün söhbət edən robot “uşaq” onlara övladlarının kiçik olan vaxtlarını xatırladır. Belə robotun beyni süni intellektə əsaslanır. O, zarafat edə, lətifələr danışa, sakinlərin həyatından əhvalatları dinləyə və suallar verə bilir.

 

Sınaqdan sonra “Navel Robotics” belə robotları kütləvi istehsala buraxmağa hazırlaşır. Robotun 24 min avroya satılacağı güman edilir.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın qadın rotası bu bölgəyə daxil oldu: “Cəhənnəm” çağırışı ilə

redaktor

Suriyada Bəşər Əsədi tərifləyən materiallar dərsliklərdən çıxarılır

redaktor

Ukraynanın istədiyi oldu: 5 min rus hərbçisi geri çəkildi…

redaktor