16 C
Bakı
28 Sentyabr 2025 08:26
CəmiyyətGündəmHadisə

Ramiz Mehdiyev haradadır, vəziyyəti necədir?

 

Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyev müalicəsini başa vuraraq Azərbaycana qayıdıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq PA rəhbərinə yaxın mənbə bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl Ramiz Mehdiyevin səhhətində ciddi problemlər yaranması səbəbindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi haqda xəbər yayılmışdı.

Həmin xəbərdə deyilirdi ki, MKX -da bir gün qalan Mehdiyevi sonradan İsrailə aparıblar. Yaxınları bildirib ki, Ramiz Mehdiyev həmin zaman İsrailə deyil, Almaniyaya aparılıb.

“Bu həftənin əvvəli Almaniyadan Azərbaycana qayıdan Ramiz müəllim ev şəraitində müalicəsini davam etdirir” deyə yaxınları əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Nəyə görə bazardan aldığımız banan evə gətirdikdən sonra  tez qaralır?

redaktor

Tbilisidə vəziyyət GƏRGİNDİR: Seçkilərin yenidən keçirilməsi tələb olunur – FOTO/VİDEO

redaktor

Bakının su imtahanı: Əhalinin susuz qalmasında kim günahkardır?

redaktor