21 C
Bakı
22 İyun 2025 01:33
Sağlamlıq

Plastiklərlə bağlı qorxunc reallıq: – Xərçəngin səbəbi

Plastik məmulatların tərkibində olan 16 mindən çox kimyəvi maddənin siyahısı tərtib olunub.

 

Medicina.az “Independent”ə istinadən xəbər verir ki, onların 4 mindən çoxunun insan sağlamlığı və ətraf mühit üçün təhlükəli olduğu bildirilib.
Bu barədə məlumat qlobal plastik çirklənməyə dair BMT müqaviləsi üçün danışıqların növbəti raundu ərəfəsində dərc olunan “PlastChem” hesabatında yer alıb.

 

Məlum olub ki, plastiklərin tərkibində əvvəllər məlum olandan daha çox kimyəvi maddədən (əsasən stabilizatorlardan və rəngləndiricilərdən) istifadə edilir.

 

Hesabata görə, qida qablaşdırması üçün istifadə olunan plastik məhsullarda 400-dən çox kimyəvi maddə aşkarlanıb.

 

Tədqiqatçılar plastik məmulatlarda istifadə edilən “ftalat” kimi kimyəvi maddələrin reproduktiv sistemi poza və uşaqlarda astma xəstəliyinin yaranmasına səbəb ola biləciyini deyiblər.

 

Digər təhlükəli maddələrdən olan “Perfluoroalkil” və “polifluoroalkil” isə xərçəng riskini artırır, immunitet sistemini zəiflədir.

 

Hesabatda, həmçinin qeyd olunub ki, plastik sənayesində istifadə edilən 10 mindən çox kimyəvi maddə haqqında məlumat mövcud deyil, 9 mindən çox birləşmədə hansı maddələrdən istifadə edildiyi ümumiyyətlə bilinmir.

Tacxeber.com

Oxşar xəbərlər

İnsult zamanı İLK YARDIM – Adi iynə ilə insan həyatını necə xilas etmək olar?

redaktor

Göz altındakı qara dairələr bu səbəbdən yaranır

redaktor

Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi üçün dərman vasitələri istehsal olunacaq

redaktor