11 C
Bakı
30 Mart 2026 04:57
Cəmiyyət

Teymur Kərimova qarşı yeni ittiham irəli sürüldü

Kanal-11 internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı yeni ittiham irəli sürülüb.

Tacxeber.com “Turan”a istinadən xəbər verir ki, bu barədə jurnalistin vəkili Nemət Kərimli məlumat yayıb.
Onun sözlərinə görə, əvvəlki ittihama digəri də əlavə olunub:

“Əvvəl Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülmüşdü. Hazırda 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham əlavə olunub”.

Vəkil qeyd edib ki, T.Kərimov özünü təqsirli bilmir və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.
Xatırladaq ki, dekabrın 12-də onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

Balış, Diliş, Gil… Uşaqlara verilən qəribə adlar – Ad, soyadı necə dəyişmək olar?

redaktor

Nazir lotoreyalarla bağlı qərar imzaladı

redaktor

Dəyəri 1 milyon dollardan çox olan startap Azərbaycanda qida tullantılarının qarşısını almağı hədəfləyib.

admin