16 C
Bakı
28 Sentyabr 2025 00:22
Cəmiyyət

Teymur Kərimova qarşı yeni ittiham irəli sürüldü

Kanal-11 internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı yeni ittiham irəli sürülüb.

Tacxeber.com “Turan”a istinadən xəbər verir ki, bu barədə jurnalistin vəkili Nemət Kərimli məlumat yayıb.
Onun sözlərinə görə, əvvəlki ittihama digəri də əlavə olunub:

“Əvvəl Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülmüşdü. Hazırda 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham əlavə olunub”.

Vəkil qeyd edib ki, T.Kərimov özünü təqsirli bilmir və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.
Xatırladaq ki, dekabrın 12-də onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

“1400 həkimimiz Almaniyaya gedib, papağımızı qabağımıza qoyub düşünməliyik”- FOTO

redaktor

Ağdərədən gedən erməni şok faktı ifşa etdi – VİDEO

redaktor

Beynəlxalq təşkilatlar: “COP29-dan sonra hökumət tənqidçiləri ağır qisasla üzləşə bilərlər”

admin