20 C
Bakı
24 İyun 2025 09:06
İdman

Qurbanov tarixi oyunu şərh etdi: Sübut etdik ki…

Futbolçularıma son ana kimi mübarizə apardıqlarına, azarkeşlərimizə isə bizə dəstək olduqlarına görə təşəkkür edirəm.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada “Bayer” klubuna 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis bildirib ki, Elvin Cəfərquliyevin qırmızı kart alaraq meydandan qovulması işlərini daha da çətinləşdirib:

 

“10 nəfərlə meydanda qaldıq. Buna baxmayaraq, komandamız çox yaxşı oyun göstərdi. Rəqib qapımıza gözlənilməz qollar vurdu. Lakin çox çalışdıq. Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik”.

 

Qeyd edək ki, evdəki ilk matçda “Bayer” ilə 2:2 hesablı heç-heçə edən “Qarabağ” iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov sabahkı oyunla bağlı narahat olduğu məqamı açıqladı

redaktor

Qurbanov və Alonsodan nümunəvi addım – Video

redaktor

“Viktoriya” – “Qarabağ” oyunu 81 ölkədə yayımlanacaq.

admin