Dünya

“Kiyevin Rusiyaya zərbələri cəzasız qalmayacaq” – Putin

“Rusiya ərazisinə endirilən zərbələrin məqsədi seçkiləri pozmaq cəhdidir”.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

 

O bildirib ki, Belqorod istiqamətində dörd, Kursk istiqamətində isə bir hücumun qarşısı alınıb.

 

“Bildiyiniz kimi, bu gün ölkəmizdə Rusiya Konstitusiyasına uyğun olaraq prezident seçkiləri keçirilir. Kiyev rejimi səsvermə prosesini pozmaq, Ukrayna ilə həmsərhəd bölgələrdə insanları qorxutmaq üçün bir sıra silahlı aksiyalar hazırlayıb və həyata keçirməyə çalışır”, – deyə Putin bildirib.

 

Prezidentin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemləri hücumların 95%-nin qarşısını alıb.

 

“Kiyevin Rusiyaya zərbələri cəzasız qalmayacaq”, – deyə Putin əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusların Su-34 və Su-30 qırıcısı vurulub – Ukrayna

redaktor

İlon Mask yeni elektromobili TƏQDİM ETDİ: Sükanı və pedalları yoxdur – FOTO/VİDEO

redaktor

Bu gün Aleksey Navalnı dəfn ediləcək – Video

admin