Dünya

“TikTok”u satmaq tələbi soyğunçuluqdur – Çin XİN

ABŞ Konqresinin “TikTokla bağlı hərəkətləri açıq-aşkar soyğunçuluqdur.

 

Tacxeber.com xəbər verir ki, bunu Çin XİN-in sözçüsü Van Venbin deyib.

 

Onun sözlərinə görə, Amerika tərəfi ədalətli rəqabət prinsiplərinə və beynəlxalq ticarət qaydalarına zidd hərəkət edir.

 

Venbin Birləşmiş Ştatların “TikTok”-un milli təhlükəsizliyə təhdid yaratdığına dair heç vaxt sübuta sahib olmadığını” açıqlayıb.

 

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası “TikTok”-a mümkün qadağanı dəstəkləyib. Qanunvericilər ByteDance operatoruna bu sosial şəbəkəni satmaq üçün 6 ay vaxt verib. Bundan sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək.

 

Amerika prezidenti Co Bayden daha əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir

admin

Rusiyadan Bəşər Əsədlə bağlı açıqlama

admin

ÇL-in oyununda PSJ azarkeşləri “Fələstinə azadlıq” pankartı açdı – Video

admin