30 C
Bakı
14 Avqust 2025 14:20
Dünya

“Aİ Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir” – Zatulin

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Avropa İttifaqı ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi ilə bağlı Aİ-nin qətnaməsini şərh edib.

 

Tacxeber.com-ın məlumatına görə, o bildirib ki, bu, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə və bu ittifaq çərçivəsində Ermənistanın iştirakı ilə bağlanmış sazişlərə yenidən baxılmasını tələb edir.

 

Zatulinin sözlərinə görə, Avropa İttifaqı Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir.

 

“Sözügedən qətnamə Ermənistanın Avropa İttifaqı üçün mühüm ölkə olması ilə bağlı deyil. Onlar Ermənistanın və postsovet məkanındakı digər ölkələrin, Rusiyanın müttəfiqlik öhdəliklərindən imtina etməsi fonunda öz niyyətlərini reklam edirlər. Avropa İttifaqı Moskva-İrəvan münasibətlərinə xəyanət edən Ermənistan hakimiyyətinin davranışından faydalanmağa çalışır”, – deyə Zatulin bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstan-Azərbaycan sərhədində böyük tıxac yarandı – Video

redaktor

“Trampa sui-qəsddə şübhəli bilinən şəxsə ittihamlar irəli sürüldü” – CNN

admin

İsrail Türkiyəyə mədən qəzası ilə bağlı kömək təklif etdi

redaktor