20 C
Bakı
23 İyun 2025 08:29
DünyaMüsahibə

Ukrayna Rusiya ərazisinə PUA-larla hücum etdi, qurbanlar var

 

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyann Ryazan vilayətindəki neft emalı zavodunu vurub.

 

“Report” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Pavel Malkov məlumat verib.

Qeyd olunub ki, hücumdan sonra zavodda yanğın başlayıb.

“İlkin məlumata görə, qurban var”, – qubernator bildirib.

Bundan başqa, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Voronej vilayətinə də 30 PUA ilə hücum ediblər. Qurbernator Aleksandr Qusev bildirib ki, infrastruktura və mənzillərə cüzi ziyan dəyib, itki yoxdur.

 

Həmçinin, son sutkada Ukrayna PUA-larla Rusiyanın Leninqrad vilayətindəki neft emalı zavoduna da hücum cəhdi edib.

Qubernator Aleksandr Drozdenkonun sözlərinə görə, xəsarət alan və dağıntı olmayıb. Bundan başqa, Bryansk və Kursk vilayətlərinə də hücum olub.  (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popov saxlanılıb

admin

Bu ölkə 120 ədəd “Bayraqdar TB2” alır

admin

Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu

redaktor