Hadisə

Krivoy Roq atəşə tutuldu – Ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirib.

 

Tacxeber.com “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Şəhər Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib.

 

Onun sözlərinə görə, doqquzmərtəbəli binaya birbaşa zərbə olub.

 

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenkonun sözlərinə görə, hücum nəticəsində 3 nəfər ölüb, 38 nəfər yaralanıb.

 

“Xəsarət alanlar arasında uşaqlar da var. Lakin bu rəqəmlər yekun deyil, çünki dağıntılar altında axtarış-xilasetmə işləri davam edir”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Araz Musayevi vuran iki özbəkəsilli şəxslər Rusiyaya qaçarkən saxlanıldılar.

admin

Bağırov körpüsündə hərəkət dayandı – VİDEO

redaktor

“Abzas Media”nın jurnalisti saxlanılıb

admin