15 C
Bakı
27 Sentyabr 2025 14:48
Hadisə

Krivoy Roq atəşə tutuldu – Ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirib.

 

Tacxeber.com “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Şəhər Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib.

 

Onun sözlərinə görə, doqquzmərtəbəli binaya birbaşa zərbə olub.

 

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenkonun sözlərinə görə, hücum nəticəsində 3 nəfər ölüb, 38 nəfər yaralanıb.

 

“Xəsarət alanlar arasında uşaqlar da var. Lakin bu rəqəmlər yekun deyil, çünki dağıntılar altında axtarış-xilasetmə işləri davam edir”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ və Britaniya səfirləri Hüseyn Cavidin abidəsinin önündə Navalnını yad etdilər – Foto

admin

“TikTok”er qızlar Bakıda ağır qəzaya düşdü – FOTO

redaktor

Afiəddin Məmmədova 8 il həbs cəzası verildi

admin