Dünya

Zelenski cəbhədən şad xəbər verdi

Cəbhədəki vəziyyət son üç aydan daha yaxşıdır.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

 

“Artilleriya sursatının olmaması, hava blokadası, Rusiyanın uzaqmənzilli silahlarının və PUA-larının yüksək sıxlığı səbəbindən çətinliklər yaşadıq”, – Zelenski bildirib.

 

Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun şərqdə irəliləyişini dayandıra bilib və ruslar böyük itki verir.

 

Bununla yanaşı Zelenski qeyd edib ki, Ukrayna kifayət qədər yardım almasa, bu bəyanat bir ay və ya bir həftə ərzində aktuallığını itirə bilər.

 

Ukrayna prezidentinin sözlərinə görə, ruslar Avdeyevkanı ələ keçirməyib, sadəcə onu dağıdıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Nüfuzlu alim və tanınmış iqtisadçı Rusiya pasportundan imtina edib

redaktor

Ən çox hərbi təyyarəsi olan NATO ÖLKƏLƏRİ – Türkiyə ikincidir

admin

Moskva müftisindən müsəlmanlara çağırış – “Şaxta babaya inanmayın!”

redaktor