Dünya

Mollanın uşağa süd verən ananı çəkməsi İranı qarışdırır

İranın Qum şəhərində polis və təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətirilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “İran İnternational” yerli mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Qumda din xadiminin tibb mərkəzində qadın və onun xəstə uşağını gizli şəkildə lentə alması səbəbindən etirazların artması rejimi tədbir almağa sövq edib.

 

Hadisə ictimaiyyətin sərt reaksiyasına səbəb olduğu üçün hakimiyyət ümumi etirazların başlanmasından ehtiyatlanıb.

 

“Yerli mənbələr təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin sayının artırıldığını və şəhərdə nəzarətin sərtləşdirildiyini bildirirlər”, – məlumatda qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Pentaqon: “Tankları Ukraynaya çatdırmağın ən sürətli yolunu axtarırıq”

redaktor

Bu şəxs dünya tarixinin ilk trilyonçusu ola bilər

redaktor

Pentaqon rəhbəri Tehrana xəbərdarlıq etdi

redaktor