25.7 C
Bakı
13 İyun 2026 22:28
Dünya

Mollanın uşağa süd verən ananı çəkməsi İranı qarışdırır

İranın Qum şəhərində polis və təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətirilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “İran İnternational” yerli mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Qumda din xadiminin tibb mərkəzində qadın və onun xəstə uşağını gizli şəkildə lentə alması səbəbindən etirazların artması rejimi tədbir almağa sövq edib.

 

Hadisə ictimaiyyətin sərt reaksiyasına səbəb olduğu üçün hakimiyyət ümumi etirazların başlanmasından ehtiyatlanıb.

 

“Yerli mənbələr təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin sayının artırıldığını və şəhərdə nəzarətin sərtləşdirildiyini bildirirlər”, – məlumatda qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonundadır

redaktor

İranın Baş Qərargahı hara və necə zərbə endirəcəyini açıqlayıb.

redaktor

Bu saatın əsas xəbərləri: Müctəba Xamenei İranın yeni Ali Lideri ….

admin