12 C
Bakı
28 Mart 2026 12:20
Cəmiyyət

“İftar menyularının qiymətini qaldırıblar, “kassa savabı” edirlər”

“Allah tutulan bütün orucları qəbul etsin. Restoranlarda gördüm ki, günorta saatlarında 9-10 manata yalvarıb satdıqları biznes lançın yanına  2 ədəd xurma, bir stəkan da su qoyublar və adını da iftar süfrəsi qoyublar. Qiymətləri də 25-55 manat arasında qaldırıblar”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkədə paylaşdığı videoda deyib. O, restoranlardakı iftar menyusunun qiymətinin artırılmasına etiraz edib:

 

“İnsanlar oruc tuturlar və biri-birinə iftar süfrəsi açırlar ki, savab qazansınlar. Amma restoranlar da özləri üçün “kassa savabı” edirlər. Bir az belə məsələlərdə diqqətli olmaq lazımdır. Hər şeydən külli miqdarda pul qazanmaq olmaz. Nəyi kütləvi görürük, onun da qiyməti beş dəfə qalxır, belə olmaz!”.

Tacxeber.com

Oxşar xəbərlər

Əhali bu bankdakı pullarını geri çəkir – Niyə ?

admin

Qərbi Kaspi Universiteti Kamran Əsədova cavab verdi:Akademik həyatı bulandırma, sənin yerin deyil!

redaktor

Adı rüşvət almaqda hallanan direktor əvəzi danışdı – VİDEO

redaktor