20 C
Bakı
24 İyun 2025 07:24
Siyasət

Azərbaycan Ordusu irəliləmişdi, ona zəng etdim, dedi ki…

“2021-ci ildə o zamankı müdafiə naziri Arşak Karapetyan mənə sərhəddə vəziyyətin yaxşı olduğunu dedi, lakin Azərbaycan bəzi istiqamətlərdə irəliləmişdi”.

 

Tacxeber.comGlobalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirilən mətbuat konfransında deyib.

 

Baş nazir hazırda Ermənistanda yeni partiya yaradan və hakimiyyət əleyhinə çağırışlar edən keçmiş müdafiə naziri Arşak Karapetyanın işdən çıxarılmasının səbəbini açıqlayıb:

 

“Arşak Karapetyan Üçüncü Respublika dövründə müdafiə naziri vəzifəsini ən qısa müddətdə icra edən şəxsdir. 2021-ci il noyabrın 14-də mən ondan sərhəddə vəziyyətin necə olduğunu soruşdum. Dedi ki, sakitlikdir, hər şey qaydasındadır. Halbuki həmin vaxt Azərbaycan qoşunları sərhəddə irəliləyib, yeni mövqelər qurmuşdular. Deməli, müdafiə nazirinin vəziyyətlə bağlı ya məlumatı olmayıb, ya da xəbər tutub, mənə bildirməyib. O zaman dərhal Karapetyanı işdən azad etdim. O əvvəl mənim müşavirim idi, daha sonra Baş Qərargah rəisinin müavini və müdafiə nazirinin müavini təyin olundu. Bu təyinatlar zamanı onun Moskva ilə yaxın əlaqələri də nəzərə alınmışdı”.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan şikayət edir, Azərbaycanın daxili işlərinə qarışır – Utanmaz “demokrat”

redaktor

Durum bir anda dəyişdi – “Bu, ermənilər üçün ürpədicidir”

admin

Təl-Əvivə qədər vuruldu: İran İsraildən bunun qisasını alır

admin