32 C
Bakı
12 Avqust 2025 14:36
Siyasət

Azərbaycan Ordusu irəliləmişdi, ona zəng etdim, dedi ki…

“2021-ci ildə o zamankı müdafiə naziri Arşak Karapetyan mənə sərhəddə vəziyyətin yaxşı olduğunu dedi, lakin Azərbaycan bəzi istiqamətlərdə irəliləmişdi”.

 

Tacxeber.comGlobalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirilən mətbuat konfransında deyib.

 

Baş nazir hazırda Ermənistanda yeni partiya yaradan və hakimiyyət əleyhinə çağırışlar edən keçmiş müdafiə naziri Arşak Karapetyanın işdən çıxarılmasının səbəbini açıqlayıb:

 

“Arşak Karapetyan Üçüncü Respublika dövründə müdafiə naziri vəzifəsini ən qısa müddətdə icra edən şəxsdir. 2021-ci il noyabrın 14-də mən ondan sərhəddə vəziyyətin necə olduğunu soruşdum. Dedi ki, sakitlikdir, hər şey qaydasındadır. Halbuki həmin vaxt Azərbaycan qoşunları sərhəddə irəliləyib, yeni mövqelər qurmuşdular. Deməli, müdafiə nazirinin vəziyyətlə bağlı ya məlumatı olmayıb, ya da xəbər tutub, mənə bildirməyib. O zaman dərhal Karapetyanı işdən azad etdim. O əvvəl mənim müşavirim idi, daha sonra Baş Qərargah rəisinin müavini və müdafiə nazirinin müavini təyin olundu. Bu təyinatlar zamanı onun Moskva ilə yaxın əlaqələri də nəzərə alınmışdı”.

Tacxeber.com

Oxşar xəbərlər

“Putin Avropanı ABŞ-sız ciddi güc saymır” – Şahin Cəfərli

admin

Laçında sülhməramlılara atəş əmrini verən… – Arkov

redaktor

Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışını etdilər

redaktor