Dünya

Rusiya donanmasının baş komandanı işdən çıxarıldı

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Evmenovun vəzifəsindən azad edildiyi deyilir.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” və “Fontanka” nəşrləri məlumat yayıb.

 

Bildirilir ki, Şimal Donanmasının komandiri admiral Aleksandr Moiseyev baş komandan səlahiyyətlərini icra edəcək.

 

Komandanın dəyişdirilməsi barədə artıq Ali Baş Komandanlığın şəxsi heyətinə məlumat verilib.

 

Qeyd edək ki, Moiseyev 3 may 2019-cu ildən Şimal Donanmasına komandanlıq edib.

 

Rusiya hakimiyyət orqanları hələlik xəbərlərə münasibət bildirməyib.

Tacxeber.com

Oxşar xəbərlər

İntim görüntüləri yayılan ədliyyə mayoru işdən çıxarıldı

redaktor

Duqinin qızı necə qətlə yetirilib? – Detallar bəlli oldu

admin

ŞOK: İsrailin məxfi nüvə sənədləri İranın əlinə keçdi

redaktor