3 C
Bakı
11 Fevral 2026 17:40
Cəmiyyət

Avtobus sürücüsü sükan arxasında tum çırtlayıb video izlədi

Sosial şəbəkələrdə “Baku Bus”a məxsus 211 nömrəli marşrut avtobusunun sürücüsünün təhlükəsizlik qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər yayılıb.

 

Tacxeber.com xəbər verir ki, videoda sürücünün avtomobil yolunda mobil telefon izləməsini və günəbaxan tumu çırtlamasını görmək mümkündür.

 

Görüntülərdən də aydın olur ki, sürücü yola baxmaq əvəzinə nəqliyyat vasitəsində daşıdığı sərnişinlərin həyatını riskə ataraq video izləyir.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də sorğu ünvanlamışıq.

 

Qeyd edək ki, 211 nömrəli marşrut Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi – “Sədərək” Ticarət Mərkəzi istiqamətində hərəkət edir.

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiya qadınların ömür uzunluğuna görə rekord vurdu

redaktor

Qazax rayonunda Ayətullah Xomeyni tərəfdarı olan, evini məscidə çevirən saxta axund həbs edilib

admin

Xəstəxanada olan Mahir Cürətin vəziyyəti açıqlandı: “Ayaqları çürüyür”

redaktor