24 C
Bakı
26 Sentyabr 2025 15:00
Dünya

Qrant Şapps: “Böyük Britaniya Ukraynaya 10 mindən çox döyüş dronları verəcək”

“Böyük Britaniya Ukrayna üçün 10 mindən döyüş dronlarının alınması üçün 125 milyon funt sterlinq ayıracaq”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.

 

Təchizat paketinə FPV pilotsuz təyyarələri, hücum PUA-ları, həmçinin kəşfiyyat və dəniz pilotsuz uçan aparatları daxil olacaq. Qeyd edək ki, fevral ayında London Ukraynaya dronların tədarükü üçün beynəlxalq koalisiyaya rəhbərlik edəcəyini açıqlamışdı.

 

Şappsın sözlərinə görə, ən son dronlar birbaşa Böyük Britaniyanın aparıcı müdafiə şirkətlərindən – fabriklərdən birbaşa cəbhə bölgəsinə gələcək.

Tacxeber.com

Oxşar xəbərlər

Tarixin ən maraqlı cinayət hadisəsi.

admin

İsrail bu sistemləri UKRAYNAYA VERİR: “Hücumdan 15 saniyə əvvəl…”

redaktor

Prezidenti inandıra biliblər ki, Ukraynada qiymətli nadir torpaq elementləri var.

admin